Onlayn sınaq platforması
Müəllimdən və ya qrupdan gələn PDF, DOCX və digər sual fayllarını əl ilə köçürmədən onlayn sınağa çevirin, imtahanı qurun və nəticəni izləyin.
Sualları yenidən yazmağa ehtiyac yoxdur
Qavra DOC, DOCX, PDF, TXT və JSON fayllarındakı sual strukturunu oxuyur. Faylı yüklədikdən sonra tapılan sualları yoxlayırsınız; uyğun görünürsə sual sayını, vaxtı və qarışdırmanı seçib sınağa başlayırsınız.
Sınağı öz qaydana uyğun qur
Bütün faylı həll etmək məcburi deyil. Lazım olan sual sayını seçə, sualları və variantları qarışdıra, vaxt limiti qoya və telefondan rahat şəkildə sınağı tamamlaya bilərsiniz. Bitirdikdən sonra nəticə hesabınızda qalır və növbəti cəhdlə müqayisə olunur.
- PDF, DOC, DOCX, TXT və JSON dəstəyi
- Vaxt limiti, sual sayı və variant qarışdırma
- Real imtahan rejimi və dərhal nəticə hesabatı
