İmtahan hazırlığı və nəticə izləmə
Eyni testi bir dəfə həll edib unutmaq əvəzinə nəticələri saxlayın, təkrar cəhdləri müqayisə edin və hansı mövzulara yenidən qayıtmalı olduğunuzu görün.
Eyni materialı təkrar həll et, fərqi gör
Hazırlaşdığınız sual bankını yenidən sınaq kimi aça bilərsiniz. Nəticə tarixçəsində faiz və sərf olunan vaxt qaldığı üçün “bu dəfə daha yaxşı oldummu?” sualına yaddaşa yox, əvvəlki cəhdlərə baxaraq cavab verirsiniz.
Statistikanı növbəti təkrar üçün istifadə et
Statistika yalnız yekun faiz göstərmək üçün deyil. Nəticələrə baxaraq zəif qaldığınız sahələri müəyyənləşdirə, növbəti sınaqda həmin materiala daha çox vaxt ayıra bilərsiniz. Məqsəd çox test həll etməkdən çox, cəhdlər arasında nə dəyişdiyini görməkdir.
- Hər sınaq cəhdinin faiz və vaxt dinamikası
- Mövzular üzrə zəif və güclü tərəflərin vizual xəritəsi
- İnkişaf qrafiki və hədəf bal göstəricisi
