UNEC tələbəsi Hindistanda keçirilən beynəlxalq sammitdə Azərbaycanı təmsil edib

UNEC tələbəsi Hindistanda keçirilən beynəlxalq sammitdə Azərbaycanı təmsil edib

Rəsmi mənbə

UNEC-in Maliyyə və mühasibat fakültəsinin III kurs tələbəsi, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) İdarə Heyətinin fəal üzvü Aytac Kərimova Hindistanın Çennai şəhərində keçirilən “Global Youth Diplomacy Initiative (GYDI) Summit 2026” beynəlxalq sammitində Azərbaycanı və UNEC-i təmsil edib.

Suhail Akhtar Nissar tərəfindən təsis edilən Qlobal Gənclər Diplomatiyası təşəbbüsü çərçivəsində təşkil olunan tədbir beynəlxalq əməkdaşlığın, gənclər diplomatiyasının, mədəni mübadilənin və qlobal təhsilin təşviqinə həsr olunub. Müxtəlif ölkələrdən olan gəncləri bir araya gətirən platforma onların beynəlxalq dialoqda iştirakına, fikir mübadiləsi aparmasına və yeni əməkdaşlıq əlaqələri qurmasına imkan yaradıb.

Proqram çərçivəsində Aytac Kərimova interaktiv təlimlərə və müzakirələrə qatılıb, müxtəlif ölkələrdən olan tələbələrlə fikir mübadiləsi aparıb. O, həmçinin Azərbaycanın zəngin mədəni irsini və milli kimliyini beynəlxalq iştirakçılara tanıdaraq ölkəmizin beynəlxalq təmsilçiliyinə töhfə verib.

Tədbir gənclər arasında mədəniyyətlərarası dialoqun inkişafı, qarşılıqlı anlaşmanın gücləndirilməsi və gələcəyin liderlərinin formalaşması baxımından əhəmiyyətli platforma olub. Burada qurulan beynəlxalq əlaqələr Azərbaycan və Hindistan arasında təhsil və mədəniyyət sahələrində gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün yeni perspektivlər yaradıb.

Xəbərlər