UNEC tələbələri üçün SOCAR-ın Gənc İstedadlar Proqramı ilə bağlı infosessiya keçirilib

UNEC tələbələri üçün SOCAR-ın Gənc İstedadlar Proqramı ilə bağlı infosessiya keçirilib

Rəsmi mənbə

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrin karyera inkişafına dəstək göstərilməsi və onların əmək bazarına hazırlığının gücləndirilməsi məqsədilə SOCAR-ın Gənc İstedadlar Proqramı (GİP) haqqında infosessiya keçirilib.

UNEC Karyera Mərkəzinin təşkilatçılı ilə baş tutan infosessiyada SOCAR Baş Ofisinin İşə qəbul şöbəsinin rəis müavini Orxan Musayev və aparıcı mütəxəssisi Fidan Eyvazova iştirak edərək tələbələrə proqramın məqsədi, iştirak şərtləri, müraciət qaydaları və seçim mərhələləri barədə ətraflı məlumat veriblər.

Bildirilib ki, Gənc İstedadlar Proqramı tələbə və yeni məzun gənclərin SOCAR-ın peşəkar iş mühitində praktiki təcrübə qazanmalarına, ixtisas biliklərini möhkəmləndirmələrinə və peşəkar bacarıqlarını inkişaf etdirmələrinə imkan yaradır.

Görüşdə UNEC məzunu, SOCAR-ın 2026-cı il Gənc İstedadlar Proqramının qalibi, Əmək şəraiti normalarının işlənməsi İdarəsinin mühəndisi Ülkər Əliyeva da çıxış edib. O, proqramda iştirak təcrübəsini tələbələrlə bölüşüb, müraciət üçün əsas tələblər, təhsil göstəriciləri və seçim prosesi ilə bağlı vacib məqamları diqqətə çatdırıb.

İnfosessiya çərçivəsində tələbələri maraqlandıran suallar cavablandırılıb, proqramda iştirak və müraciət prosesi ilə bağlı onları maraqlandıran məsələlərə aydınlıq gətirilib .

Xəbərlər