UNEC məzunu şəhid Mixail Həmidovun şəhadətindən altı il ötür

UNEC məzunu şəhid Mixail Həmidovun şəhadətindən altı il ötür

Rəsmi mənbə

Qarabağın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu Mixail Həmidovun şəhadətindən altı il ötür.

UNEC Biznes Məktəbinin məzunu, şəhid Mixail Həmidovun anım günü münasibətilə UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev, UNEC Biznes Məktəbinin direktor müavini Dünya Mustafayeva və fəal tələbələr şəhidin ailə üzvləri ilə birlikdə onun məzarını ziyarət ediblər.

Ziyarət zamanı şəhidin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

Mixail Həmidov 23 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O, Bakı şəhərində yerləşən II Fəxri xiyabanda dəfn edilib.

Döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətə görə Mixail Həmidov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Vətənimizin ərazi bütövlüyü, dövlətimizin müstəqilliyi və xalqımızın azad gələcəyi naminə canlarından keçən qəhrəmanlarımızın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Bütün şəhidlərimizə Allah rəhmət eləsin! Ruhları şad, məkanları cənnət olsun!

Xəbərlər