UNEC-in TUDİFAK fakültəsində birinci kurs tələbələri üçün kitabxana resursları haqqında təlim keçirildi

UNEC-in TUDİFAK fakültəsində birinci kurs tələbələri üçün kitabxana resursları haqqında təlim keçirildi

Rəsmi mənbə

UNEC-in Türk Dünyası İqtisad fakültəsində (TUDİFAK) birinci kurs tələbələri üçün kitabxana resurslarından səmərəli istifadə mövzusunda ixtisaslaşdırılmış təlim təşkil olunub. Bu tədbirin əsas məqsədi gənc tələbələri universitetin geniş kitabxana imkanları ilə tanış etmək, informasiya resurslarından düzgün və səmərəli istifadə bacarıqlarını inkişaf etdirmək, eləcə də müstəqil öyrənmə və tədqiqat vərdişlərinin formalaşmasına dəstək olmaqdır.

Təlim zamanı iştirakçılara kitabxanadan istifadə qaydaları, zəruri elmi ədəbiyyatın axtarış üsulları, elektron kitabxana resurslarından yararlanma imkanları və tədris prosesində etibarlı informasiya mənbələrinin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Təqdimatda vurğulanıb ki, kitabxana resurslarından səmərəli istifadə tələbələrin akademik biliklərinin zənginləşdirilməsinə, müstəqil araşdırma aparmaq və informasiya ilə işləmək bacarıqlarının inkişafına mühüm töhfə verir. Bu bacarıqlar gələcəkdə tələbələrin elmi fəaliyyətində və peşəkar inkişafında böyük rol oynayacaq.

Təlimin sonunda tələbələrin sualları cavablandırılıb və kitabxana resurslarından daha effektiv istifadə ilə bağlı praktiki tövsiyələr verilib. Tədbir birinci kurs tələbələri üçün faydalı və məhsuldar keçib. UNEC TUDİFAK fakültəsi tələbələrin akademik inkişafına və onların müstəqil tədqiqat fəaliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirməyə davam edəcək. Bu cür təlimlər universitetin tədris keyfiyyətinin yüksəldilməsinə və tələbələrin beynəlxalq standartlara uyğun yetişdirilməsinə əhəmiyyətli töhfə verir.

Xəbərlər