UNEC-in gənc alimləri dünyanın ən yaxşı 2 faizliyi siyahısına daxil olub

UNEC-in gənc alimləri dünyanın ən yaxşı 2 faizliyi siyahısına daxil olub

Rəsmi mənbə

UNEC rektoru professor Ədalət Muradov ABŞ-ın Stanford Universitetinin 2026-cı il üzrə “World’s Top 2% Scientists” siyahısında yer alan universitetin gənc alimləri ilə görüşüb. Bu beynəlxalq reytinq dünyanın ən yüksək sitatlanan alimlərini əhatə edir və UNEC-in elmi nüfuzunu daha da artıran əhəmiyyətli bir nailiyyət kimi qiymətləndirilir.

Görüşdə “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri, Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin tədqiqatçısı və dosent Tural Nağıyev ilə UNEC Türk Dünyası İqtisadi Araşdırmalar Tədqiqat Mərkəzinin tədqiqatçısı, ekonometrika üzrə fəlsəfə doktoru Həsrəddin Quliyev iştirak edib. Rektor professor Ədalət Muradov alimləri təbrik edərək, bu uğuru həm universitet, həm də Azərbaycan elmi üçün əlamətdar hadisə adlandırıb.

Professor Ədalət Muradov iqtisadiyyat və fizika sahələrini təmsil edən alimlərin siyahıda yer almasının UNEC-in elmi potensialının çoxşaxəliliyinin aydın göstəricisi olduğunu vurğulayıb. Rektor bildirib ki, iqtisadiyyatla yanaşı, fizika sahəsini təmsil edən gənc alimimizin də dünyanın ən yaxşı 2 faizi sırasında yer alması onu xüsusilə sevindirir. Bu durum, UNEC-in müxtəlif elmi istiqamətlər üzrə güclü və dinamik bir potensiala malik olduğunu sübut edir. Gənc alimlərimizin beynəlxalq səviyyədə tanınması universitet üçün böyük qürur mənbəyi, Azərbaycan elmi sahəsi üçün isə dəyərli töhfədir.

Görüşün sonunda “World’s Top 2% Scientists” siyahısında yer alan UNEC alimlərinə fəxri fərmanlar təqdim olunub. Qeyd edək ki, bu prestijli siyahıda UNEC alimlərinin iştirakı ildən-ilə artmaqdadır: 2022-ci ildə 2, 2024-cü ildə 3, 2025-ci ildə isə 8 alim siyahıya daxil olub. 2026-cı il üzrə isə 3 alimimizin bu siyahıda yer alması universitetin elmi fəaliyyətinin davamlı yüksəlişini təsdiqləyir.

Xəbərlər