UNEC II Azərbaycan–Özbəkistan Rektorlar Forumunda üç universitetlə əməkdaşlıq müqaviləsi imzalayıb

UNEC II Azərbaycan–Özbəkistan Rektorlar Forumunda üç universitetlə əməkdaşlıq müqaviləsi imzalayıb

Rəsmi mənbə

16-17 oktyabr tarixlərində Xankəndi şəhərində keçirilən II Azərbaycan–Özbəkistan Rektorlar Forumunda Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) beynəlxalq əlaqələr üzrə prorektor, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Həsənov təmsil edib.

Forum Azərbaycan və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, akademik əlaqələrin möhkəmləndirilməsi, elmi-tədqiqat sahəsində birgə fəaliyyətin təşviqi və beynəlxalq tərəfdaşlıqların inkişafı məqsədilə təşkil olunub.

Tədbir çərçivəsində UNEC ilə Özbəkistanın üç ali təhsil müəssisəsi – Səmərqənd Dövlət Universiteti, Biznes və Elm Universiteti, eləcə də Səmərqənd İqtisadiyyat və Xidmət Universiteti arasında əməkdaşlıq müqavilələri imzalanıb.

Müqavilələrin imzalanma mərasimində UNEC-in beynəlxalq əlaqələr üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Həsənov, Səmərqənd Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Akhatov Akmal, Biznes və Elm Universitetinin rektoru, texnika elmləri doktoru Dilshod Xolmatov və Səmərqənd İqtisadiyyat və Xidmət Universitetinin rektoru, professor Muhiddin Pulatov iştirak ediblər.

İmzalanan müqavilələr universitetlər arasında akademik əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin təşviqi, elmi-tədqiqat əlaqələrinin gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi üçün yeni imkanlar yaradacaq.

UNEC beynəlxalq əlaqələrinin genişləndirilməsi, xarici ali təhsil müəssisələri ilə tərəfdaşlığın inkişaf etdirilməsi və ali təhsilin beynəlmiləlləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Xəbərlər