UNEC-də “Zəfər Həftəsi” çərçivəsində Cinema günü keçirilib

UNEC-də “Zəfər Həftəsi” çərçivəsində Cinema günü keçirilib

Rəsmi mənbə

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsi və İqtisadçı Vətənpərvərlər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Zəfər Həftəsi”nin üçüncü günü Cinema gününə həsr olunub.

Cinema günü çərçivəsində şirkət nümayəndələri sponsor və stend təqdimatları ilə çıxış edərək tələbələrlə öz təcrübələrini bölüşüb, fəaliyyət istiqamətləri və peşəkar təcrübələri barədə məlumat veriblər. Tələbələrin fəal iştirakı, təqdim olunan məlumatlara marağı və qarşılıqlı fikir mübadiləsi tədbirin daha interaktiv və yaddaqalan keçməsinə şərait yaradıb.

Proqramın davamında günün əsas hissəsi olan film nümayişi baş tutub. Film iştirakçılarda dərin təəssürat yaradıb, nümayiş zamanı yaşanan duyğulu anlar və film ətrafında aparılan müzakirələr tədbirə xüsusi məna qatıb.

Cinema günü tələbələrin həm maarifləndirici təqdimatlardan faydalanması, həm də film vasitəsilə yeni düşüncə və müzakirələrə qoşulması baxımından əhəmiyyətli olub.

Xəbərlər