UNEC-də qlobal iqtisadi dəyişikliklər və gələcəyin peşəkar bacarıqları müzakirə olunub

UNEC-də qlobal iqtisadi dəyişikliklər və gələcəyin peşəkar bacarıqları müzakirə olunub

Rəsmi mənbə

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) SOCAR Prezidentinin müşaviri və baş iqtisadçısı Ramin Danyarovun tələbələrlə görüşü keçirilib.

“The World is Changing: Are You Ready?” (“Dünya dəyişir: Siz hazırsınızmı?”) mövzusuna həsr olunan görüşdə qlobal iqtisadi dəyişikliklər, maliyyə və enerji bazarlarında baş verən transformasiyalar, eləcə də süni intellektin müasir iş mühitində və təhsildə rolu müzakirə olunub.

Ramin Danyarov öz peşəkar təcrübəsini tələbələrlə bölüşərək dəyişən iqtisadi mühitə uyğunlaşma, əmək bazarının müasir tələbləri və gələcəyin peşəkar bacarıqları barədə fikirlərini çatdırıb. O, gənc mütəxəssislərin əmək bazarında rəqabətqabiliyyətli olmaları üçün süni intellekt texnologiyalarından düzgün, məqsədyönlü və səmərəli istifadənin vacibliyini vurğulayıb, tələbələrə bu istiqamətdə tövsiyələrini verib.

İnteraktiv müzakirə formatında davam edən görüş tələbələrin qlobal iqtisadi proseslər, texnoloji yeniliklər və gələcək karyera imkanları barədə biliklərinin genişləndirilməsinə töhfə verib.

Görüş ISE Career Plus klubunun sədri Musa Musayevanın təşkilatçılığı ilə baş tutub.

Xəbərlər