UNEC-də Müstəqilliyin Bərpası Gününə həsr olunmuş şahmat turniri keçirilib

UNEC Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tələbələrarası şahmat turniri keçirilib.
Turnirin keçirilməsində məqsəd tələbələr arasında intellektual oyunlara marağı artırmaq, onların məntiqi təfəkkür və strateji düşünmə bacarıqlarını inkişaf etdirmək, eləcə də universitetdə tələbə həmrəyliyini gücləndirmək olub.
Oyunun təşkilində UNEC ISE THİK-in sədri Şükür Elyazova, UNEC ISE THİK İntellektual Oyunlar Klubunun (İOK) sədri Ülvi Həbibli və tələbə-dekan Ceyran Məmmədli iştirak ediblər.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda tələbələr öz intellektual bacarıqlarını, diqqət və düşünmə qabiliyyətlərini nümayiş etdiriblər. Turnirin nəticələrinə əsasən, “Maliyyə” ixtisası üzrə təhsil alan tələbələr birinci yerə layiq görülərək yarışın qalibi olublar.
Sonda qaliblər diplom və medallarla təltif olunublar.