UNEC-də magistrantlar üçün “Kitabxana-informasiya resurslarından səmərəli istifadə” mövzusunda təlim keçirilib

UNEC-də magistrantlar üçün “Kitabxana-informasiya resurslarından səmərəli istifadə” mövzusunda təlim keçirilib

Rəsmi mənbə

UNEC-in 2 saylı tədris binasında Magistratura Mərkəzinin magistrantları üçün “Kitabxana-informasiya resurslarından səmərəli istifadə” mövzusunda təlim təşkil olunub.

Təlimi UNEC Kitabxana-İnformasiya Mərkəzinin (KİM) 4 saylı kitabxanasının şöbə müdiri Səidə Rzayeva və 2 saylı kitabxanasının kitabxanaçısı Yeganə Zeynalova keçiriblər.

Təlim çərçivəsində Səidə Rzayeva magistrantlara Web of Science, EBSCOhost, ProQuest Dissertations & Theses (PQDT), ProQuest Ebook Central, Business Expert Press Digital Library və SciVal elektron platformalarının imkanları barədə ətraflı məlumat verib. İştirakçılara elmi məlumatların axtarışı, elektron elmi informasiya bazalarından istifadə qaydaları və akademik resurslardan səmərəli yararlanma üsulları izah olunub.

Təlimin sonunda magistrantların sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təlimin əsas məqsədi magistrantların elektron elmi informasiya bazalarından istifadə bacarıqlarını inkişaf etdirmək, elmi mənbələrə çıxış imkanlarını genişləndirmək və onların tədqiqat fəaliyyətinə dəstək göstərmək olub.

Xəbərlər