UNEC-də Kitabxana-İnformasiya Mərkəzinin xidmətləri ilə bağlı təlim keçirilib

UNEC-də Kitabxana-İnformasiya Mərkəzinin xidmətləri ilə bağlı təlim keçirilib

Rəsmi mənbə

UNEC-in Maliyyə və mühasibat fakültəsində I kurs tələbələri üçün “Kitabxana-informasiya xidmətləri və rəqəmsal resurslardan səmərəli istifadə” mövzusunda təlim təşkil olunub.

Təlimdə UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tar.ü.f.d.Adilə Abdullayeva və Əsaslı kitabxananın müdiri, “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin sədri Yusif Musayev tələbələrə kitabxana xidmətləri və rəqəmsal informasiya resurslarından istifadə qaydaları barədə məlumat veriblər.

Təlim çərçivəsində UNEC-in elektron kitabxanası, rəqəmsal kitabxana xidmətləri, açıq informasiya mənbələri, eləcə də universitetin abunə olduğu beynəlxalq elmi və biblioqrafik məlumat bazalarının imkanları təqdim edilib. Tələbələrə Scopus, Web of Science, InCites Benchmarking & Analytics, Research Assistant süni intellekt aləti, PQDT, ProQuest Ebook Central, ProQuest Central, platformalarından səmərəli istifadə qaydaları izah olunub.

Bununla yanaşı, tələbələr UNEC-in 24/7 kitabxanasının imkanları, kitabsevərlər klubu – UNEC CLUBRARY-nin fəaliyyəti və UNEC Tələbə Tədqiqatları Jurnalı haqqında məlumatlandırılıblar.

Qeyd olunub ki, rəqəmsal kitabxana resurslarından düzgün və səmərəli istifadə tələbələrin elmi məlumatlara əlçatanlığını artırmaqla yanaşı, onların müstəqil araşdırma aparmaq, tədqiqat bacarıqlarını inkişaf etdirmək və ixtisas biliklərini dərinləşdirmək imkanlarını genişləndirir.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər