UNEC-də DocNet ESDS-nin yeni versiyası üzrə təlim keçirilib

UNEC-in DocNet Elektron Sənəd Dövriyyəsi Sisteminin (ESDS) Elektron Hökumət İnformasiya Sistemi (EHİS) ilə inteqrasiyasının təmin edilməsi məqsədilə ULTRA şirkəti tərəfindən hazırlanmış DocNet ESDS-nin yeni versiyası üzrə UNEC-in aidiyyəti əməkdaşları üçün təlim keçirilib.
Təlim ULTRA şirkətinin nümayəndəsi Tərlan Canmirzəyev tərəfindən aparılıb.
Təlim çərçivəsində DocNet ESDS-nin yeni versiyasının funksional imkanları, sistemdən istifadə qaydaları və elektron sənəd dövriyyəsi prosesinin təşkili ilə bağlı məsələlər barədə ətraflı məlumat verilib. Həmçinin, sistemin Elektron Hökumət İnformasiya Sistemi ilə inteqrasiyası, elektron sənədlərlə iş prosesinin təkmilləşdirilməsi və sənəd dövriyyəsinin daha səmərəli təşkili istiqamətində yeniliklər diqqətə çatdırılıb.
Təlim zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, sistemin tətbiqi və istifadəsi ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, DocNet ESDS-nin yeni versiyasının tətbiqi elektron sənəd dövriyyəsi proseslərinin təkmilləşdirilməsi, sənədlərlə işin operativliyinin artırılması və UNEC-də rəqəmsal idarəetmənin inkişafına dəstək məqsədi daşıyır.