UNEC-də birinci kurs tələbələri kitabxana resurslarından istifadə qaydalarını öyrəniblər

UNEC-də birinci kurs tələbələri kitabxana resurslarından istifadə qaydalarını öyrəniblər

Rəsmi mənbə

UNEC Kitabxana-İnformasiya Mərkəzinin (KİM) 2 saylı tədris binasında Rus İqtisad Məktəbi və Türk Dünyası İqtisad fakültələrinin birinci kurs tələbələri üçün kitabxana resurslarından istifadə mövzusunda təlim keçirilib.

Təlimin məqsədi tələbələrin UNEC-in kitabxana resursları ilə tanışlığını təmin etmək və informasiya mənbələrindən səmərəli istifadə bacarıqlarını inkişaf etdirməkdir.

KİM-in 2 saylı kitabxanasının müdiri Rəsmiyyə Rzayeva tələbələrə kitabxananın ənənəvi və elektron xidmətləri, elektron kataloqdan istifadə qaydaları və beynəlxalq informasiya bazaları haqqında məlumat verib. EBSCOhost, Web of Science, ProQuest Central və digər resursların elmi-tədqiqat və tədris prosesində istifadəsi imkanları diqqətə çatdırılıb.

Daha sonra 24/7 kitabxanasının müdiri Arzu Məmmədova kitabxananın fəaliyyəti və UNEC CLUBRARY kitabsevərlər klubu barədə danışıb. “Kitabxana könüllüləri” layihəsinin koordinatoru Həsən Müslümov isə tələbələri layihəyə qoşulmağa dəvət edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər