TUDİFAK-da elmi yazı və süni intellekt mövzusunda təlim keçirilib

TUDİFAK-da elmi yazı və süni intellekt mövzusunda təlim keçirilib

Rəsmi mənbə

UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin “İqtisadiyyat və işlətmə” kafedrasının baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Teymur Sərxanov tərəfindən elmi məqalələrin hazırlanması və akademik yazı qaydalarına həsr olunmuş təlim keçirilib.

Təlimdə elmi məqalənin strukturu, akademik yazı prinsipləri və elmi mənbələrdən düzgün istifadə məsələləri müzakirə olunub.

Tədbir çərçivəsində Teymur Sərxanov “Süni intellekt və müəlliflik ” mövzusunda məruzə ilə çıxış edərək elmi fəaliyyətdə süni intellekt alətlərindən istifadə, müəlliflik hüquqlarının qorunması və akademik dürüstlük prinsiplərinin əhəmiyyətini vurğulayıb.

Xəbərlər