Rus İqtisad Məktəbində su ehtiyatlarından səmərəli istifadəyə dair maarifləndirici tədbir keçirilib

Rus İqtisad Məktəbində su ehtiyatlarından səmərəli istifadəyə dair maarifləndirici tədbir keçirilib

Rəsmi mənbə

UNEC-in Rus İqtisad Məktəbində “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti Adik Məmmədovun iştirakı ilə su ehtiyatlarından səmərəli istifadəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Tədbirdə su ehtiyatlarının qorunmasının əhəmiyyəti, sudan səmərəli istifadə yolları və bu sahədə ekoloji məsuliyyətin artırılması məsələləri diqqətə çatdırılıb.

Adik Məmmədov çıxışında mövzu ilə bağlı maraqlı statistik göstəriciləri təqdim edib, Azərbaycanın su ehtiyatları sahəsində üzləşdiyi əsas təhdidlər və bu problemlərin aradan qaldırılması istiqamətində görülməli olan tədbirlər barədə danışıb. O, su resurslarının məhdudluğu şəraitində mövcud ehtiyatların qorunmasının, sudan qənaətlə istifadə olunmasının və onların dayanıqlı idarə edilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə, həmçinin su ehtiyatlarının qorunmasında fərdi məsuliyyətin rolu müzakirə olunub. Bildirilib ki, gündəlik həyatda suya qənaət edilməsi, israfçılığın qarşısının alınması və ekoloji davranış vərdişlərinin formalaşdırılması bu sahədə hər kəsin üzərinə düşən əsas vəzifələrdəndir.

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Xəbərlər