Mühəndislik fakültəsinin məzun şəhidi Nofəl Quliyevin xatirəsi anılıb

Mühəndislik fakültəsinin məzun şəhidi Nofəl Quliyevin xatirəsi anılıb

Rəsmi mənbə

28 oktyabr 2026-cı il tarixində UNEC-in Mühəndislik fakültəsinin kollektivi Vətən müharibəsində şəhid olmuş məzunu Nofəl Quliyevin əziz xatirəsini yad edib.

Şəhidin anım günü ilə əlaqədar fakültənin “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentləri Azər Məmmədov və Ramil Sadıqov tələbələrlə birlikdə Gədəbəy rayonunun Qoşabulaq kəndində Nofəl Quliyevin ailə üzvləri ilə görüşüblər.

Daha sonra şəhidin ailə üzvləri ilə birlikdə məzarı ziyarət olunub. UNEC-in Mühəndislik fakültəsinin kollektivi şəhidin əziz xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Xəbərlər