Maliyyə və mühasibat fakültəsində “Ailədən başlayan sağlam cəmiyyət: narkotik asılılığına qarşı maarifləndirmə” mövzusunda tədbir keçirilib

Maliyyə və mühasibat fakültəsində “Ailədən başlayan sağlam cəmiyyət: narkotik asılılığına qarşı maarifləndirmə” mövzusunda tədbir keçirilib

Rəsmi mənbə

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Psixoloji Xidmət Mərkəzinin dəstəyi ilə Maliyyə və mühasibat fakültəsinin tələbələri üçün “Ailədən başlayan sağlam cəmiyyət: narkotik asılılığına qarşı maarifləndirmə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, gənclərin sağlam həyat tərzi prinsipləri əsasında formalaşmasının, onların fiziki və psixoloji sağlamlığının qorunmasının, zərərli vərdişlərdən uzaq tutulmasının və narkotik asılılığının fəsadları barədə məlumatlılığının artırılmasının vacibliyini bildirib, bu problemin yalnız fərdi deyil, həm də ailə və cəmiyyət səviyyəsində ciddi narahatlıq doğurduğunu qeyd edib, ailənin sağlam dəyərlərin aşılanmasında, gənclərin düzgün istiqamətləndirilməsində və mənəvi-psixoloji inkişafında mühüm rolunu diqqətə çatdıraraq, narkotik asılılığına qarşı mübarizədə maarifləndirmə tədbirlərinin, sağlam ünsiyyətin və ailə, təhsil müəssisəsi və cəmiyyət arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb.

Daha sonra UNEC Psixoloji Xidmət Mərkəzinin rəhbəri dosent Şəfahət Abdullayeva geniş təqdimatla çıxış edərək, narkotik asılılığının yaranma səbəbləri, insanın fiziki və psixoloji sağlamlığına, emosional vəziyyətinə, düşüncə və davranışlarına, ailə münasibətlərinə və sosial həyatına mənfi təsirləri, asılılığa zəmin yaradan psixoloji və sosial amillər, riskli davranışların ilkin əlamətləri və profilaktik tədbirlər barədə ətraflı məlumat verib, xüsusilə ailədə sağlam psixoloji mühitin yaradılmasının, valideynlərlə övladlar arasında etibarlı ünsiyyətin qurulmasının, gənclərin problemlərinə həssas yanaşılmasının, onların düzgün qərarvermə bacarıqlarının inkişaf etdirilməsinin və zərurət yarandıqda peşəkar psixoloji dəstəklə təmin olunmasının narkotik asılılığının qarşısının alınmasında mühüm rol oynadığını vurğulayıb.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər