İqtisadiyyat və idarəetmə fakültəsində nadir dəri xəstəlikləri ilə bağlı maarifləndirici tədbir keçirilib

İqtisadiyyat və idarəetmə fakültəsində nadir dəri xəstəlikləri ilə bağlı maarifləndirici tədbir keçirilib

Rəsmi mənbə

İqtisadiyyat və idarəetmə fakültəsində ixtioz və bullyoz epidermoliz xəstəlikləri ilə bağlı maarifləndirici tədbir keçirilib.

Tədbirin məqsədi bu xəstəliklərin profilaktikası və təhsilalanlarla təhsilverənlərin məlumatlılıq səviyyəsinin artırılması olub.

Tədbirdə fakültənin dekan müavini Mehriban Kərimzadə və 3 saylı Tələbə poliklinikasının terapevti Cabir Qafarov iştirak ediblər.

Çıxışlarda ixtioz və bullyoz epidermolizin yaranma səbəbləri, əsas əlamətləri, dəriyə düzgün qulluq qaydaları və mümkün ağırlaşmaların qarşısının alınması yolları barədə məlumat verilib. Erkən diaqnostikanın, tibbi mütəxəssislərin tövsiyələrinə əməl olunmasının, eləcə də xəstəliklərlə yaşayan şəxslərə həssas və anlayışlı münasibətin əhəmiyyəti vurğulanıb.

Tədbir təhsil mühitində sağlamlıqla bağlı məlumatlılığın artırılması, inklüziv yanaşmanın təşviqi və nadir dəri xəstəlikləri barədə cəmiyyətdə düzgün təsəvvürün formalaşdırılması məqsədilə keçirilib.

Xəbərlər