BP-də çalışan UNEC məzunları ISE tələbələrinə praktiki seminar keçiblər

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) tələbələrin praktiki bilik və bacarıqlarının inkişafına yönəlmiş “Economic Modeling Workshop” keçirilib.
BP şirkətində çalışan ISE məzunları — Müzəffər Abbasov (Senior Finance Advisor), İdrak Atakişili və Aqil Cəfərov (Finance and Commercial Analyst) tərəfindən keçirilən seminarda tələbələr iqtisadi modelləşdirmənin real biznes mühitində tətbiqi ilə tanış olublar.
Workshop çərçivəsində iqtisadi modellərin qurulması, maliyyə proqnozlarının hazırlanması, layihələrin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi və risklərin təhlili kimi mövzular müzakirə olunub.
İnteraktiv formatda təşkil olunan praktiki seminarda tələbələrin sualları da cavablandırılıb.